Madrid klubunda növbəti müqavilə

5.06.2025 00:05 10
Dünya futbolu
“Atletiko” daha bir futbolçusu ilə müqaviləni yeniləyib.

"Football-plus.az" xəbər verir ki, komandanın kapitanı Kokenin sözləşməsinin müddəti 2026-cı ilin iyununa qədər artırılıb.

“Atletiko”nun yetirməsi olan və indiyədək başqa klubda oynamayan 33 yaşlı yarımmüdafiəçi Madrid klubunda 2009-cu il sentyabrın 19-da debüt edib.

Koke vaxtdan bəri komandada 681 oyun keçirib ki, bu göstəriciyə görə klubun rekordçusudu.