Fernando Santuş bu gün Azərbaycan millisini növbəti oyuna çıxaracaq. Geridə qalan 9 oyunda komandamızın 7 məğlubiyyəti, 2 heç-heçəsi var.
Portuqaliyalı mütəxəssis Belarusla oyundan əvvəl “cəmi altı oyundu burdayam, nəyi dəyişə bilərəm?” demişdi. Axşam oyun sayı artıq 10 olacaq. Amma hələ də dəyişən nəsə yoxdu.
Bəs Aslan Kərimov necə düşünür? Bugünkü oyun və mümkün məğlubiyyət portuqaliyalı mütəxəssisin gedişinə gətirib çıxaracaq?