Santuş "Neftçi-2" - "Qarabağ-2" matçında

17.02.2025 15:46 287
Ölkə futbolu
Millimizin baş məşqçisi Fernando Santuş Əvəzedicilər Liqasının 23-cü turunun "Neftçi-2" - "Qarabağ-2" matçını canlı izləyir.

"Football-plus.az" xəbər verir ki, portuqaliyalı mütəxəssis hazırda davam edən görüşdə tribunada yer alıb.

Göründüyü kimi, Santuş Misli premyer-liqasının və 1-ci liqanın matçlarından sonra bu yarışın da oyunlarını canlı izləməyə başlayıb.