Sabah ölkəmizin futbol yığması “Liv Bona Dea Arena”da Macarıstanı qəbul edəcək.
Bu gün isə yığmanın baş məşqçisi Fernando Santuş və müdafiəçisi Bəhlul Mustafazadə jurnalistlər önünə çıxdı.
Bəhlul Mustafazadə:
- Macarıstan yığması keyfiyyətli komandadı. Ona qarşı yaxşı oynamağa çalışacağıq.
- Kubokun final oyunundakı yorğunluq fiziki və psixoloji baxımdan təsir etdi?
– Xeyr, bu baxımdan heç bir problem yoxdu. Millinin oyununa həmişə hazır olmalıyıq.
- Macarları məğlub etmək nə dərəcədə realdı?
- Şanslar 50-nin /50-yədi. Yaxşı oyun göstərməklə bu fürsəti dəyərləndirməyə çalışacağıq.
Fernando Santuş sözə belə başladı:
– Bütün rəqiblərimizi təhlil edirik və onlara hörmətlə yanaşırıq. Macarları da kifayət qədər təhlil etmişik. Çətin oyun olacaq, amma futbolçularım motivasiyalıdı.
- Zədəli futbolçular varmı?
– Hazırda yalnız Elvin Bədəlovun zədəsi var. Hələ bir məşqimiz də qalıb. Ümid edirik ki, ciddi dəyişiklik olmayacaq.
- Heyətdə dəyişiklik gözlənilirmi?
– Futbolçuların durumuna görə dəyişiklik ola bilər.
- Hər iki komanda üçün qələbə vacibdi. Azarkeşlər nə gözləyə bilər? Macarların güclü tərəfləri nələrdi?
- Macarıstan yığmasını yaxşı tanıyıram. Yaxşı təşkilatlanmış komandadı. Düşünürəm ki, sabah keyfiyyətli oyun olacaq.
- Kriştiano Ronaldo dünən çempion oldu. Bu barədə nə deyə bilərsiz?
- Heç nə.
MÜZƏFFƏR QULUZADƏ