İtaliyadan İngiltərəyə qayıtmalı oldu

11.06.2025 17:57 6
Dünya futbolu
Renato Veyqa “Yuventus”u tərk edib.

"Football-plus.az" xəbər verir ki, rəhbərlik icarəyə götürdüyü Renatonun birdəfəlik transferindən imtina edib. 21 yaşlı müdafiəçi müqavilə ilə məxsus olduğu “Çelsi”yə qayıdıb.

Xatırladaq ki, Renato ötən mövsüm 33 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.