Bazeldən Londona üz tutdu

13.07.2024 16:39 323
Dünya futbolu
“Çelsi” heyətinə daha bir yeni futbolçu cəlb edib.

London klubunun mətbuat xidmətinin məlumatına görə, “Bazel”dən 20 yaşlı yarımmüdafiəçi Renato Veyqa transfer edilib. Portuqaliyalı futbolçu ilə “7+1 il”lik müqavilə imzalanıb.

Qeyd edək ki, Renato 2023/24 mövsümündə klub səviyyəsində 26 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.