İtaliyadan İngiltərəyə yollanmaq şansı var

27.08.2024 20:57 294
Dünya futbolu
Federiko Kyeza “Yuventus”u böyük ehtimalla tərk edəcək.

“Football-plus.az” xəbər verir ki, İtalyan yarımmüdafiəçi karyerasını “Liverpul”da davam etdirə bilər. Məşhur insayder Fabritsio Romanonun verdiyi məlumata görə, mersisaydlılar 26 yaşlı futbolçunun transferi üzərində işləyirlər.

Kyeza “Yuventus”da 2022-ci ilin yayından çıxış edir. O, bu komandada 131 oyun keçirib, 32 qol vurub və 23 məhsuldar ötürmə edib.