Din Höysen “Yuventus”dan birdəfəlik ayrılıb.
Müdafiəçi İngiltərəyə yollanıb.
“Football-plus.az” xəbər verir ki, “Bornmut” onun transferi üçün 15,2 milyon avro ödəyib. 19 yaşlı futbolçu İtaliya klubunda ötən mövsüm debüt etsə də, ağ-qara formada yalnız bir oyun keçirmək imkanı olmuşdu. “Roma”ya icarəyə verilən Din A seriyasında bu komandanın heyətində 13 oyun keçirib və 2 qol vurub.
Paytaxt klubu Höysenin transfer hüququnu almamaq qərarına gələndən sonar danimarkalı “Yuventus”a da gərək olmayıb.