MBA-nın dördqat çempionu, 40 yaşlı Lebron Ceymsin karyerasını davam etdirib-etdirməyəcəyi maraqla gözlənilir.
"Football-plus.az" xəbər verir ki, “Leykers”in amerikalı forvardı basketbol tarixinə ardıcıl 23 mövsümdə çıxış edən ilk oyunçu kimi düşə bilər.
Nüfuzlu insayder Şəms Çaraniyanın yaydığı xəbərə görə, Kral “gölməçəsevərlər”lə müqavilə müddətini daha bir il uzatmağa çox yaxındı. Belədə o, MBA-da 22 mövsüm keçirən Vins Karterin rekordunu yeniləyəcək.
Yeri gəlmişkən, Lebron MBA tarixində oyun sayına görə əfsanəvi Robert Perişi geridə qoymaq üçün daha 50 dəfə parket üzərinə çıxmalıdı.