“Lebron MBA-da daha iki mövsüm keçirəcək”

31.05.2023 12:29 220
İdman
“Leykers” Qərb konfransının finalında “Denver”ə uduzandan sonra “gölməçəsevərlər”in əsas ulduzu Lebron Ceymsin taleyi ilə bağlı narahatlıq keçirənlərin sayı çox idi.

Axı o, gələcəyi ilə bağlı çox düşünməli olacağını demişdi. Məhz həmin açıqlamadan sonra 38 yaşlı amerikalının tezliklə karyerasını bitirəcəyini deyənlər də var idi.

"Football-plus.az" xəbər verir ki, “The Athletic”in insayderi Şəms Çaraniya Lebronun MBA-da daha iki mövsüm keçirəcəyini bildirib:

“Mənim təsəvvürümə görə, Lebronun karyerasının iki ili qalır. Bir neçə ay əvvəl vətər əməliyyatına razılıq versəydi, onun üçün mövsüm bitəcəkdi. Lebronun çiyinləri üzərinə böyük yük düşür, o, hər oyunda komandanı arxasınca daşımağa məcburdu. Əlbəttə, oynamağa davam etməsi gözlənilir. Müqavilə ilə hələ iki il də “Leykers”ə bağlıdı. Gerçəkdən karyerasını bitirməyə qərar versə, hər kəs təəccüblənəcək”.