“Mançester Yunayted” heyətinə yeni futbolçu cəlb edib.
"Football-plus.az" xəbər verir ki, İngiltərə nəhəngi Mateus Kunyanı transfer edib.
Klubun mətbuat xidmətinin məlumatına görə, mançesterlilər 26 yaşlı hücumçu üçün “Vulverhempton”a 62,5 milyon funt sterlinq ödəyiblər. Bu, oyunçunun müqaviləsində olan sərbəst buraxılma bəndində göstərilən məbləğidi. O, yeni klubu ilə “5+1 il” sxemi üzrə müqavilə imzalayıb.
Kunya bu mövsüm “Vulverhempton”un heyətində 36 oyuna çıxaraq 17 qol vurub və 6 məhsuldar ötürmə verib. Mateusun son vaxtlar Braziliya yığmasına dəvət aldığını da qeyd edək.