Yığmamız yarımfinalda Malta ilə qarşılaşacaq - Avropa kuboku

8.06.2025 03:21 7
İdman
3x3 basketbol üzrə qadınlar Avropa Kuboku-2025 təsnifat mərhələsinə start verilib.

"Football-plus.az" xəbər verir ki, millimiz Kosovoda keçirilən turnirdə yerli komanda ilə birlikdə B qrupunda yer alıb.

Basketbolçularımız Kosovo yığmasına 22:10 hesabı ilə qalib gəlib, qrup lideri kimi yarımfinala yüksəliblər. Bu mərhələdə rəqib Malta millisi olacaq.

Qeyd edək ki, yarımfinal oyunu bu gün Bakı vaxtı ilə saat 20.40-da start götürəcək.