"Kəpəz" ev oyunlarını harda keçirəcək? - klubun planı bəlli oldu

10.06.2025 12:26 104
Aktual / Ölkə futbolu
Məlum olduğu kimi, növbəti mövsüm ev oyunlarını harda keçirəcəyi bəlli olmayan premyer-liqa klubları sırasında "Kəpəz" də var.

Gəncə şəhər stadionunun inşasına görə ev oyunlarını Tovuzda keçirən komanda burdan da məhrum ola bilər. Çünki "bozqurd" bu yaxınlarda süni ot örtüyünün təbii örtüklə əvəzlənməsi yönündə işlərə start vermək niyyətindədi.

Bəs belədə "sarı-göylər" ev oyunlarını harda keçirəcək? Bu istiqamətdə müzakirə aparılırmı?

"Football-plus.az"ın suallarını "Kəpəz"in Media və marketinq departamentinin direktoru Gəray Qiyasov cavabladı:
"Hələ bununla bağlı yekun qərar verilməyib. Gəncə şəhər stadionunda görülən işlərdən xəbərdarsız. Bildirilir ki, idman qurğusu 3-cü MDB Oyunlarının başlayacağı günə qədər (oyunlar sentyabrın 28-dən oktyabrın 8-dək davam edəcək - red.) hazır vəziyyətə gətiriləcək. Lakin bu o demək deyil ki, belədə stadionda premyer-liqa matçı keçirə biləcəyik. Gözləmək lazımdı. Planımız ev oyunlarını Gəncəyə yaxın stadionlardan birində keçirməkdi. Ancaq həmin idman qurğularının durumu da bəlli deyil".
KƏNAN BAHADIR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul