"Mingəçevir" yenidən ev oyunlarının təmsil olunduğu şəhərdə keçirəcək.
"Football-plus.az" xəbər verur ki, bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Komandanın müvəqqəti ev oyunlarını keçirəcəyi ehtiyat meydança hazır duruma gətirilib. Komanda I Liqanın 16-cı turunun "Difai" ilə görüşünü Yaşar Məmmədzadə adına şəhər stadionunun süni örtüklü ehtiyat meydançasında keçirəcək. Fevralın 27-də oynanılacaq matç saat 14.00-da başlayacaq.
Qeyd edək ki, "Mingəçevir" bunadək 13-cü və 14-cü turun oyunlarını Zaqatala Olimpiya İdman Kompleksinin stadionunda keçirib.