“Bavariya”da daha bir yeni müqavilə

8.05.2022 15:39 461
Dünya futbolu
“Bavariya”da daha bir yeni müqavilə rəsmiləşib.

Bir neçə gün əvvəl Tomas Müller ilə anlaşmanı yeniləyən klub digər oyunçusu ilə də razılığa gəlib. Komandanın ehtiyat qapıçısı Sven Ulrayxın müqaviləsinin müddəti birilliyə artırılıb. Bu mövsüm ölkə çempionatının 6 oyununda iştirak edən futbolçu 2023-cü ilin iyununa qədər “Bavariya”da qalacaq.