• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Formal, amma maraqlı tur - ŞƏRH

Ölkə futbolu

5-06-2025, 13:0

Misli premyer-liqasında daha bir mövsüm başa çatdı.

Mövsümün əsas suallarına, yəni ilk üç yeri hansı komandaların tutacağına, elitadan kimin gedəcəyinə aydınlıq gəlmişdi deyə, son tur faktiki formal xarakter daşıyırdı. Hə, bir də açıq qalan sual var idi: “Neftçi” finişə 5-ci yeri “Sabah”dan qopara, ölkə kubokunda bu komandadan aldığı məğlubiyyəti azacıq unutdura biləcəkdimi? Unutdura bilmədi. Bu başqa məsələ ki, turun formal olması hələ maraqlı olmaması anlamına gəlmir. 36-cı tur bizə bu həqiqəti də sübut etdi.

Turun ilk oyununda “Səbail” evdə darmadağınla üzləşdi. Halbuki mümkün qələbə elita ilə yaxşı vidalaşmaq baxımından önəmli idi, bəlkə klubdan üz döndərəcəyi deyilən əsas sponsorun – Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin rəhbəri Rauf Vəliyevin qəlbinə mərhəmət toxumları səpə bilərdi. Heç nə olmadı, “Sumqayıt” darmadağınla 8-ci pilləyə yüksəldi. Amma bu mövqeni də böyük şəhərin tək komandasına yaraşdırmaq çətindi.

“Şamaxı” - “Qarabağ” oyunu da formal xarakter daşıyırdı. Çempion oyun üslubuna və sisteminə sadiq qaldı, cari mövsümdəki asan qələbələrindən birini qazandı. “Şamaxı” nəsə etməyə çalışsa da, komandalar arasında səviyyə fərqi açıq-aşkar hiss olundu. Əslində bu gün sponsor axtarışında olan, liderlərini itirən “şirlər”in çempiona “meydan oxuyacağını” da düşünməyə dəyməzdi.

“Neftçi”dən bu mövsüm artıq neçənci dəfə qəhrəmanlıq da yox, kiçik bir fədakarlıq tələb olunurdu. Öz aramızdı, turnir strategiyası baxımından heç bir mənası qalmasa da. 5-ci yer 5-ci yerdi, 6-cı yer də 6-cı yer. Çakla 50-ci dəqiqədə meydandan qovulanda “ağ-qaralar”ın hədəfinə çatması üçün yaxşı fürsət yarandı. Ancaq nə qədər qəribə olsa da, qolu “Neftçi” yox, “Sabah” vurdu. Sonra Edvin Kuç da komandasına “ayı xidməti” göstərdi. Ümumiyyətlə, bu mövsüm “Neftçi”nin heyətində bircə legioner tapılmadı ki, lampa kimi ortaya qoyub başına fırlanasan. Niyə belə oldu? – bu artıq paytaxt klubunun rəhbərliyinə və seleksiyaçılarına ünvanlanası sualdı.

Turun son oyun günündə nəticələrdən daha çox oyunətrafı açıqlamalar maraq doğurdu. “Turan Tovuz”dan alınan darmadağın “Kəpəz”in baş məşqçinin və futbolçularının bu oyuna qətiyyən hazır olmadığını göstərdi. Sonradan, yəni mətbuat konfransında aydın oldu ki, Azər Bağırovun postundan getməsi bir gün əvvəldən razılaşdırılıb və o, futbolçularını, sadəcə, oyuna köklənə bilməyib.

“Araz-Naxçıvan” isə “Zirə” ilə oyunda büdrədi. Naxçıvanlıların baş məşqçisi Elmar Baxşıyev məğlubiyyətə görə üzr istəmək əvəzinə vurğunu mümkün istefa söhbətlərinə saldı. Sırf futbol baxımından yanaşsaq, doğrudan da, qış fasiləsindən sonra keçirdiyi 18 oyunun yalnız üçündə qələbə qazanan bir çalışdırıcının rəhbərlikdən mərhəmət diləmək haqqı yoxdu. Ortada acı bir reallıq var: Baxşıyevlə Konfrans Liqasında mübarizə aparmaq yaxşı heç nə vəd etmir. Onun üzərinə düşən vəzifə rəhbərliklə dil tapmaq, heyəti gücləndirməyin yollarını axtarmaqdı. Yoxsa müqavilə məsələsi ilə bağlı rəhbərliyə minnət qoymaq, özünü əvəzolunmaz şəxs kimi təqdim etmək heç cür anlaşılan deyil!

Misli premyer-liqası
4-cü dövrə, 36-cı tur
23 may
Səbail - Sumqayıt 1:4
24 may
Şamaxı - Qarabağ 0:1 
Sabah - Neftçi 1:0
25 may
Turan Tovuz - Kəpəz 4:0
Araz-Naxçıvan - Zirə 0:1


1. Qarabağ 36 28 5 3 86-19 89
2. Zirə 36 23 5 8 59-27 74
3. Araz-Naxçıvan 36 15 13 8 34-29 58
4. Turan Tovuz 36 14 13 9 45-39 55
5. Sabah 36 10 18 8 50-46 48
6. Neftçi 36 10 13 13 39-49 43
7. Şamaxı 36 9 9 18 32-46 36
8. Sumqayıt 36 9 6 21 31-53 33
9. Kəpəz 36 8 8 20 28-65 32
10. Səbail 36 4 10 22 28-59 22

Bombardirlər: Leandro Andrade (Qarabağ) - 15, Salifu Suma (Zirə) - 12, Cesse Sekidika (Sabah), Davit Volkov (Zirə) - 11.

Paylaş:
Digər xəbərlər

Çempionlar Liqası

21-07-2023, 15:0

"Cavab görüşü böyük ölçüdə formal xarakter daşıyırdı”

Aktual / Ölkə futbolu

21-05-2025, 21:0

Formal son tur: yaxşı, yoxsa pis əlamətdi?

Premyer-liqa

15-05-2023, 14:0

Premyer-liqa: 35-ci turun oyun cədvəli

Premyer-liqa / Manşet

17-05-2023, 23:0

“90 dəqiqə gözəl hücum futbolu oynadıq”

Ölkə futbolu / Manşet

6-08-2024, 23:0

“Zirə” ilə “Sumqayıt” yeni mövsümə darmadağınla başladı - İCMAL

Premyer-liqa / Reportaj

24-05-2023, 18:0

“Sumqayıt” rəsmiləşdirdi, iki suala aydınlıq gəlmədi – TURUN ŞƏRHİ – TURUN ŞƏRHİ

Aktual
“Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
“Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
“Şahdağ Qusar”dan başqa hansısa kluba maliyyə ayırmaq niyyətində deyilik” – “Səbail”in başı dərddə
Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
“Rövşən belə söz deyibsə, səhv edib” – Mahmud Sadıqovdan qapıçının ittihamına sərt cavab
Son xəbərlər
  • Dünən, 23:32
    "Səbail"in yeni rəhbəri bəlli oldu
  • Dünən, 23:15
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 23:04
    Portuqaliya turnirə heç-heçə ilə başladı - DÇ gecəsi
  • Dünən, 22:50
    “Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
  • Dünən, 22:16
    “Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
  • Dünən, 21:55
    Ulduz futbolçunun 5-ci sevinci
  • Dünən, 21:49
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:04
    “Şahdağ Qusar”dan başqa hansısa kluba maliyyə ayırmaq niyyətində deyilik” – “Səbail”in başı dərddə
  • Dünən, 20:43
    ''Udineze'' Zanyolonu ''Qalatasaray''dan daimi transfer etsə də...
  • Dünən, 20:12
    Bruno Lanqa "Qarabağ"da
  • Dünən, 19:41
    “Milan”ı yeni mövsümdə o çalışdıracaq
  • Dünən, 19:10
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:39
    "Şəfa"da növbəti müqavilə
  • Dünən, 18:08
    “Bu, “Qarabağ” üçün çox böyük təhlükədi” – Medinanın gedişi müdafiə xəttində xaos yaradacaq?
  • Dünən, 17:37
    Okan Buruk: ''Mourinyonun ''Real''ı ilə qarşılaşmaq əla olardı''
  • Dünən, 17:06
    Fransaya qayıtmayacaq
  • Dünən, 16:45
    "Zirə"nin də potensial rəqibi müəyyənləşdi
  • Dünən, 16:43
    "Sabah" və "Qarabağ" ilk mərhələdə uduzsa... - rəqiblər bəlli oldu
  • Dünən, 16:24
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bilindi
  • Dünən, 16:01
    Portuqaliyanı tərk etməyi düşünür
  • Dünən, 15:40
    “Neftçi” İspaniya yığması ilə qarşılaşacaq - 1/4 final
  • Dünən, 15:37
    "Qarabağ" Medina ilə vidalaşdı
  • Dünən, 15:23
    "Qarabağ"ın 2-ci mərhələdə mümkün rəqibi bilindi
  • Dünən, 14:57
    Messi DÇ-yə tarixi het-triklə başladı və Klozeni yaxaladı!
  • Dünən, 14:17
    "Sabah"ın potensial rəqibi bəlli oldu
  • Dünən, 13:56
    Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
  • Dünən, 13:45
    Monqolustandakı “Böyük Dəbilqə”də çıxış edəcək heyət - SİYAHI
  • Dünən, 13:08
    Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
  • Dünən, 12:51
    AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
  • Dünən, 12:20
    Parisi tərk edəcək
  • Dünən, 11:59
    “Neftçi” və “Zirə”nin mümkün rəqibləri dəqiqləşdi
  • Dünən, 11:39
    Cəlal Hüseynov Rumıniya klubunda
  • Dünən, 11:19
    “Qarabağ”ın mümkün rəqibləri müəyyənləşdi - siyahıda "Beşiktaş" da var
  • Dünən, 11:14
    "Araz-Naxçıvan" Ülvi ilə razılaşdı
  • Dünən, 11:00
    “Sabah”ın qarşılaşa biləcəyi komandaların sayı azaldı
Daha çox
Oxunub: 280
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 237
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 233
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 227
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə