Misli premyer-liqasında 35-ci turun oyun cədvəli müəyyənləşib.
“Football-plus.az” xəbər verir ki, qarşılaşmalar iki günü əhatə edəcək.
Tur “Kəpəz”lə “Neftçi” üçün formal xarakter daşıdığından, onların görüşü mayın 21-də olacaq. Digər 4 qarşılaşma isə ertəsi gün keçiriləcək və eyni saatda başlayacaq.
Premyer-liqa
35-ci tur
21 may (bazar)
“Kəpəz” – “Neftçi”
Qəbələ. Şəhər stadionu. 18.00
22 may (bazar ertəsi)
“Turan Tovuz” – “Səbail”
Tovuz. Şəhər stadionu. 16.30
“Şamaxı” – “Qəbələ”
Şamaxı. Şəhər stadionu. 16.30
“Sabah” – “Zirə”
“Bank Respublika Arena”. 16.30
“Qarabağ” – “Sumqayıt”
“Azersun Arena”. 16.30