Ölkə kubokunun qalibi bu gün müəyyənləşəcək

5.06.2025 10:31 12
İdman
Futzal üzrə ölkə kubokunun qalibi bu gün müəyyənləşəcək.

"Football-plus.az" xəbər verir ki, həlledici görüşdə "Araz-Naxçıvan" və PFL qarşılaşacaq.

Knyaz Əmiraslanov, Rza Məmmədov və Anar Fərəcovdan ibarət hakimlər briqadasının idarə edəcəyi matç "Olimpik Star"da, saat 14:00-da start götürəcək.

Ölkə kuboku, final
5 iyun
Araz-Naxçıvan – PFL

Hakimlər: KNYAZ ƏMİRASLANOV, Rza Məmmədov, Anar Fərəcov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
"Olimpik Star". Saat 14.00.