Futzal üzrə yüksək liqada 2023/24 mövsümünün ilk oyunu FİFA referilərinə tapşırılıb.
“Football-plus.az” xəbər verir ki, sentyabrın 26-da keçiriləcək “Neftçi” İK – “Baku Fire” görüşünü beynəlxalq dərəcəli hakimlər idarə edəcəklər.
Həmin gün Bakı İdman Sarayında reallaşacaq digər qarşılaşmaların da təyinatları açıqlanıb.
Yüksək liqa
1-ci tur
26 sentyabr
14.00. “Neftçi” İK – “Baku Fire”
Hakimlər: Hikmət Qafarlı, Knyaz Əmiraslanov, Nahid Xasıyev.
Hakim-inspektor: Füzuli Nəcəfov.
16.00. “Record club” – U-19
Hakimlər: Hacıəli Ağayev, Elgün Hüseynov, Məmmədəli Kərimov.
Hakim-inspektor: Ramiz Əsədov.
18.00. “Araz-Naxçıvan” – “Yasamal Bakı”
Hakimlər: Anar Fərəcov, Kənan Məlikov, Hidayət Feyzullayev.
Hakim-inspektor: Mehman Mahmudov.