"Araz-Naxçıvan" və PFL arasında baş tutacaq futzal üzrə ölkə kubokunun final oyununa təyinatlar açıqlanıb.
"Football-plus.az" xəbər verir ki, mövsümün son matçını Knyaz Əmiraslanov, Rza Məmmədov və Anar Fərəcov idarə edəcək.
Görüşün hakim-inspektoru Füzuli Nəcəfov olacaq.
Qeyd edək ki, qarşılaşma iyunun 5-də, "Olimpik Star"da saat 14.00-da start götürəcək.