U-17 millimiz Belarusa qarşı

23.03.2025 12:31 8
Ölkə futbolu / Manşet
Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət millimiz bu gün ilk yoxlama görüşünü keçirəcək.

"Football-plus.az" xəbər verir ki, U-17 Belarusun müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 13.00-da başlayacaq.

Qeyd edək ki, komandalar martın 26-da ikinci yoxlama matçında üz-üzə gələcəklər.