Ayxan Abbasovun millimizdə debüt matçı

22.03.2025 12:53 22
Ölkə futbolu
Antalyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət millimiz bu gün hazırlıq prosesi çərçivəsində ilk yoxlama oyununa çıxacaq.

"Football-plus.az" xəbər verir ki, yığmamız moldovalı həmyaşıdları ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə 21.00-da start götürəcək. Bu, Ayxan Abbasovun U-21-in baş məşqçisi kimi debüt matçıdır.

Qeyd edək ki, U-21 yığmamız son 9 oyundan 8-də uduzub, 1-də heç-heçə edib. Gənclər yığmamız sonuncu qələbəsini 2023-cü ilin noyabrında qazanıb. Həmin vaxt U-21 yığmamız latviyalı həmyaşıdlarını 1:0 hesabı ilə məğlub edib.