Ayxan Abbasovun millimizdə debüt matçı uğurlu oldu

23.03.2025 13:04 11
Ölkə futbolu / Manşet
Antalyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət millimiz hazırlıq prosesi çərçivəsində ilk yoxlama oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, U-21 millimiz moldovalı həmyaşıdları ilə üz-üzə gəlib.

"Cornelia” Futbol Mərkəzində təşkil olunan qarşılaşma yığmamızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu, Ayxan Abbasovun U-21-in baş məşqçisi kimi debüt matçı olub.

Qeyd edək ki, U-21 yığmamız bundan əvvəlki son 9 oyundan 8-də uduzub, 1-də heç-heçə edib. Gənclər yığmamız sonuncu qələbəsini 2023-cü ilin noyabrında qazanmışdı. Həmin vaxt U-21 yığmamız latviyalı həmyaşıdlarını 1:0 hesabı ilə məğlub edib.

Yoxlama oyunu
22 mart
Azərbaycan (U-21) - Moldova (U-21) - 2:0

Qollar: Oruc Məmmədov, 18, Sadiq Şəfiyev, 25.