Yığma Slovakiyaya yollandı

3.06.2025 12:29 9
İdman
Qızıl Avropa Liqasında çıxış edən qadın voleybolçulardan ibarət millimiz bu gün növbəti oyunlar üçün Slovakiyaya yola düşüb.

"Football-plus.az" xəbər verir ki, qarşılaşmalar 6-8 iyunda paytaxt Bratislavada keçiriləcək. Rəqiblər Slovakiya və Monteneqro komandaları olacaq.

Qeyd edək ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv daha əvvəl Bakıdakı matçlarda Macarıstan və Sloveniya seçmələrinə 0:3 hesabı ilə uduzub.