“Karvan”la “İmişli” Bakı variantından əl çəkib?

2.06.2025 22:06 66
Aktual / Ölkə futbolu
Bu il 1-ci liqadan elitaya vəsiqə qazanan komandalardan yalnız “Qəbələ”nin infrastrukturu qaydasındadı.

“İmişli” ilə “Karvan”ın isə ev oyunlarını keçirmək üçün elita tələblərinə cavab verən stadionu yoxdu. Bu üzdən hər birinin həm məşqləri, həm də oyunları Bakıda keçirməklə bağlı planları var idi. AFFA isə ictimai qınağı da nəzərə alaraq, bu klubların Bakıda oynamasına qadağa qoyub. Hətta qurumun bölgə təmsilçiləri qarşısında bu məsələni tələb kimi qoyduğu bildirilir.

Aqşin Mürsəlov, “İmişli”nin idarə heyətinin sədri:
“AFFA-dan bizə nə rəsmi, nə də qeyri-rəsmi şəkildə belə ultimatum daxil olub. Özümüzə də maraqlı olan məsələdi ki, ev oyunlarını İmişlidə keçirək. Azarkeş amili var. 1-ci liqada bilet satan yeganə komandaydıq. Bunun hesabına kifayət qədər büdcəmiz formalaşırdı. İnşallah, bu satış premyer-liqada daha yüksək olacaq. Öz meydanımızın, stadionumuzun olması bizə daha maraqlıdı. Bununla bağlı işlər davam edir”.
Bəhruz Musayev, “Karvan”ın mətbuat xidmətinin rəhbəri:
“Bizə belə tələb qoyulmayıb. İnşallah, Yevlaxda oynayacayıq. Stadionun təmir-bərpa işləri yaxın günlərdə başlayacaq”.
MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul