PFL rəhbərliyi Sumqayıtda da olmayacaq?

29.05.2025 21:51 41
Aktual / Ölkə futbolu
“Qarabağ” – “Kəpəz” matçından sonra keçirilən mükafatlandırma mərasimində PFL-i texniki-idman direktoru Elgiz Abbasov təmsil etdi. Qurumun prezidenti Elxan Səmədovla vitse-prezident Aslan Şahgəldiyev isə mərasimə qatıla bilmədi.

Bəs adı çəkilən şəxslər kubokun finalında stadionda olacaqmı? Sağlıq durumları belə mərasimdə iştiraka imkan verirmi? Bu sualları PFL-in Media və marketinq direktoru Sənan Abdullayevə ünvanladıq:
“Hazırkı vəziyyətə görə Aslan Şahgəldiyev dəqiq iştirak etməyəcək. Elxan Səmədovla bağlı isə hələ gözləmək lazımdı. Mövcud durumu nəzərə alsaq, heç birinin iştirakı güman olunmur”.

ƏSƏD SEYİDOV