Onların sağlıq durumu barədə məlumat öyrənmək üçün qurumum media və marketinq qurumunun rəhbəri Sənan Abdullayevlə əlaqə saxladıq:
“Hər ikisinin fizioterapiyaları sürətlə davam edir. Hətta Aslan müəllim həftədə bir-iki dəfə işə də gəlir. Onun fizioterapiyaları həftədə 6 dəfə davam edir. Həkimlərin sözlərinə görə, hər şey yaxşı davam edir. Amma bir müddət zaman lazımdı. Elxan müəllimdə də müsbətə doğru çox irəliləyiş var. Sadəcə, onun ayağa qalxması və yeriməsi üçün müəyyən qədər vaxt lazımdı. Həkimlər bildiriblər ki, müsbət mənada sonuncu perioddu. Sadəcə, bir az səbirli olmaq lazımdı. Artıq hər şey bərpa dönəmindədi”.
KAMAL SƏFƏR






