Rüfət daha iki il "Dinamo"da

29.05.2025 16:16 8
Dünya futbolu
Almaniyanın "Dinamo" klubu Rüfət Dadaşovla müqavilə müddətini artırıb.

"Football-plus.az" xəbər verir ki,bu barədə Berlin təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

33 yaşlı hücumçunun sözləşməsi daha iki il artırılıb.

Qeyd edək ki, Rüfət bu mövsüm "Dinamo"nun heyətində 58 oyunda 28 qol vurub. "Dinamo" Almaniyada Şimal-Şərq Regional Liqasında mübarizə aparır.