Almaniyada Şimal-Şərq Regional Liqasında 26-cı turun oyunları keçirilir.
"Football-plus.az" xəbər verir ki, Rüfət Dadaşovun çıxış etdiyi Berlin “Dinamo”su səfərdə “Zehlendorf”a qalib gəlib - 5:3. Oyunun 43-cü dəqiqəsinə qədər hesabda 1:3 geridə olan Berlin təmsilçisi sonradan 4 qol vuraraq qələbə qazanıb.
Həmyerlimiz bu oyunda dubl edib. 3-cü dəqiqədə hesabı açan 33 yaşlı forvard 75-ci dəqiqədə komandasının 4-cü qolunu vurub. Rüfət bu mövsüm çempionatda vurduğu qollarının sayını 11-ə çatdırıb. O, Berlin kubokunda isə 4 dəfə rəqib qapısına yol tapıb.
"Dinamo" 40 xalla 6-cı pillədədi.