Bu mövsüm İtaliya çempionu olan “Napoli”nin belçikalı futbolçu ilə 3 illik müqavilə üzrə razılığa gəldiyi bildirilmişdi. İtaliya klubunun prezidenti Aurelio De Laurentis “Mançester Siti”dən ayrılan yarımmüdafiəçini transfer edəcəklərinə dair xəbərlərə müsbət münasibət bildirib:
“Mən bilirəm ki, Kevin artıq İtaliyada villa alıb. Səhər onunla danışdıq, ailəsi ilə videozəng oldu. Müqavilə hələ imzalanmayıb, amma hər şey ciddidi”.





