De Bruynenin yolu İtaliyayadı

26.05.2025 18:13 9
Dünya futbolu
Nəhayət, Kevin de Bruynenin yeni mövsümə harda başlayacağı məlum olub.

"Football-plus.az" xəbər verir ki, mövsümün sonunda “Mançester Siti”dən ayrılacaq futbolçunun yeni komandası müəyyənləşib.

“Relevo”nun xəbərinə görə, belçikalı futbolçu karyerasını İtaliyada davam etdirəcək. 33 yaşlı yarımmüdafiəçi “Napoli” ilə anlaşıb. Tərəflər arasında 3 illik müqavilə imzalanacağı da xəbər verilib.

Kevin yeni klubunda ilə 6 milyon avro maaş alacaq.