Millimiz və daha üç komanda 1/4 finala adladı - DÇ

27.05.2025 23:08 13
İdman
Bu gün Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında 1/8 final mərhələsi başlayıb.

"Football-plus.az" xəbər verir ki, bu mərhələnin ilk oyun gününə 4 matç nəzərdə tutulub.

A qrupunu lider kimi başa vuran millimiz B qrupunun ikincisi və son dünya çempionu olan Rumıniya ilə qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə nəticələnib. Qalibi müəyyənləşdirmək üçün penalti zərbələrinə ehtiyac duyulub. Burada daha dəqiq olan millimiz (2:1) turnirin 1/4 finalına adlayıb.

Həmçinin növbəti mərhələyə İngiltərə, Macarıstan və Mavritaniya milliləri yüksəlib.

Yığmamız qrup mərhələsində Bəhreynlə heç-heçə edib (1:1), Sloveniya və Mavritaniyaya isə qalib gəlib (4:0, 2:0).