Millimiz növbəti mərhələyə vəsiqə qazandı

25.05.2025 22:59 14
İdman
Yığmamız Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının qrup mərhələsinin 3-cü turunda qələbə qazanıb.

“Football-plus.az” xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi komanda Mavritaniya ilə üz-üzə gəlib.

Milli Gimnastika Arenasında baş tutan görüş millinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra komanda adını növbəti mərhələyə yazdırıb.

Qeyd edək ki, dünya çempionatına iyunun 1-də yekun vurulacaq.