Ansu Fati tezliklə komandasını dəyişəcək.
"Football-plus.az" xəbər verir ki, “Monako” rəhbərliyi “Barselona”nın futbolçusunu transfer etməyə çox yaxındı.
İnsayder Fabritsio Romanonun məlumatına görə, “knyazlıq klubu” 22 yaşlı hücumçunu icarə əsasında transfer etmək istəyir. Hazırda tərəflər təzminat məbləğini və gənc futbolçunun gələcəkdə birdəfəlik transferi imkanını müzakirə edirlər. Deyilənə görə, oyunçu bu keçidə razıdı.
Ansu bu mövsüm “Barselona”nın heyətində 11 oyuna çıxıb və məhsuldarlıqla yadda qalmayıb. Onun İspaniya klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdi.