''Barselona'' Ronald Arauxo ilə yeni müqavilə imzalayıb.
Uruqvaylı müdafiəçinin əvvəlki müqaviləsinin müddəti 2023-cü ilə qədər nəzərdə tutulmuşdu. Bu müddət 2026-ya qədər uzadılıb. İmza mərasimi cümə günü, aprelin 29-da ''Nou Kamp''da keçiriləcək. Ən diqqətçəkən məqam odu ki, rəhbərlik tərəfindən müqaviləyə 1 milyard avroluq təzminat maddəsi salınıb! Yəni bu futbolçunu transfer etmək istəyən klub məhz bu məbləği ödəməli olacaq.
Arauxo klubda Ansu Fati və Pedridən sonra müqaviləsində 1 milyard avro təzminat qeyd olunan 3-cü futbolçuya çevrilib. ''Barselona''nın B komandasından əsas komandaya qədər yüksəlməyi bacaran 23 yaşlı futbolçu bu mövsüm 39 rəsmi oyuna çıxıb və 4 qol vurub.