Vüsalın elitada oynamaq arzusu çin olmadı

25.05.2025 14:30 9
Dünya futbolu
Vüsal İsgəndərli Türkiyənin 1-ci liqasının pley-offunda mübarizəni dayandırıb. Onun çıxış etdiyi "Boluspor" yarımfinalın hər iki görüşündə uduzaraq, superliqaya yüksəlmək şansını itirib.

Öz meydanında “Bandırmaspor”a 1:4 hesabı uduzan Bolu təmsilçisi səfərdə də eyni aqibəti yaşayıb. Bandırmalılar 1:0 hesabıyla qalib gəliblər. İlk oyunda 19 dəqiqə forma geymək şansı qazanan Vüsal bu dəfə də sonradan meydana çıxıb. İsgəndərli qarşılaşmanın 72-ci dəqiqəsində komanda yoldaşını əvəzləyib.

"Boluspor" mövsümü 7-ci pillədə başa vurub.