Vüsal Türkiyə superliqasına yüksəlmək şansını itirdi

23.05.2025 19:57 12
Dünya futbolu
Vüsal İsgəndərli Türkiyənin 1-ci liqasında pley-offunda mübarizəni dayandırıb.

"Football-plus.az" xəbər verir ki, onun çıxış etdiyi "Boluspor" yarımfinalın hər iki görüşündə uduzaraq, superliqaya yüksəlmək şansını itirib.

Öz meydanında “Bandırmaspor”a 1:4 hesabı uduzan Bolu təmsilçisi səfərdə də eyni aqibəti yaşayıb. Bandırmalılar 1:0 hesabı ilə qali gəliblər.

İlk oyunda 19 dəqiqə forma geymək şansı qazanan Vüsal bu dəfə də sonradan meydana daxil olub. İsgəndərli qarşılaşmanın 72-ci dəqiqəsində komanda yoldaşını əvəzləyib.

Qeyd edək ki, "Boluspor" mövsümü 7-ci pillədə başa vurub.