Vüsalın komandası xal itirdi

29.03.2025 23:27 7
Dünya futbolu
Vüsal İsgəndərli Türkiyənin 1-ci liqasında növbəti oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, həmyerlimizin çıxış etdiyi “Boluspor” 31-cu tur çərçivəsində öz meydanında “Bandırmaspor”la qarşılaşıb. 90 dəqiqə ərzində qapılara qol vurulmayıb - 0:0.

Vüsal da bu görüşün iştirakçısı olub. O, matça ehtiyat oyunçular skamyasından başlayıb və 71-ci dəqiqədə Ali Ulgenin əvəzinə meydana çıxıb.

Qeyd edək ki, “Boluspor” 45 xalla 8-ci yerdədi.