• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Kristal Pelas” ilk titulunu qazandı - İCMAL

Dünya futbolu

23-05-2025, 20:0

final
Kristal Pelas – Mançester Siti 1:0 (1:0)

Kristal Pelas: Henderson, Riçards, Lakrua, Qehi (Lerma, 61), Minyos, Uorton (Hyuz, 87), Kamada, Mitçell, Sarr, Eze, Mateta (Nketia, 78).
MS: Orteqa, Akanci, Diaş, Qvardiol, O’Rayli, B.Silva (Gündoğan, 88), De Bruyne, Savinyo (Foden, 76), Marmuş (Eçeverri, 76), Dokyu, Holann.
Qol: Eze, 16.
Marmuş 36-cı dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı).
Vərəqələr: O’Rayli, 66. B.Silva, 75. Diaş, 83. De Bruyne, 85. Henderson, 90+1. Eçeverri, 90+5 – sarı.
Hakim: Stüart Attuell.
17 may. London. 84163 tamaşaçı.

Dünyanın ən qədim turnirinin finalı ənənəvi olaraq “Uembli”də keçirildi.

Təbii ki, “Kristal Pelas” – “Mançester Siti” duelinin favoriti “şəhərlilər” idi. Onlar dərhal təşəbbüsü ələ aldı, Henderson qan-tər içində çalışdı. “Qartallar”ın qapıçısı əvvəlcə Holannın baş zərbəsini qaytardı, ardından Qvardiolun künc zərbəsindən asmanı tamamlamasına imkan vermədi.

Rəqibin start təzyiqini dəf edən londonlular 16-cı dəqiqədə gözlənilmədən irəli çıxdı. Munyosun asmasından sonra Eze qapının aşağı küncünü “nişan aldı”. “Qartallar” bununla kifayətlənmədi, 2-ci qolun axtarışına çıxdı. Sarrın zərbəsindən sonra Orteqa komandasını xilas etdi. “Şəhərlilər”in təzyiqi isə 36-cı dəqiqədə penaltiyə səbəb oldu. Bernardo Silvaya qarşı kobudluğa görə təyin olunan penaltini əvvəlcə Holann yerinə yetirmək istəsə də, sonradan Marmuş məsuliyyəti boynuna götürdü və Hendersonla dueldən məğlub ayrıldı.

MS fasilədən sonra da təzyiq göstərdi. Amma qolu yenə “Kristal Pelas” vurdu. Sarr ofsaydda olduğuna görə Munyosun qolu sayılmadı. “Şəhərlilər” hücumları davam etdirsə də, onların bütün cəhdləri topu rəqibin cərimə meydançası ətrafında fırlatmaqla bitirdi, uzaqdan zərbələr isə nəticəsiz qalırdı. “Qartallar” sondakı hücum dalğasına da tab gətirməklə tarixində ilk titulu qazandı.

Faktlar
* Bu, “Kristal Pelas”ın tarixindəki ilk böyük tituldu. “Qartallar” əvvəllər yalnız aşağı divizonların çempionu olub və iki dəfə ölkə kubokunun finalında uduzub. London klubu bu qələbə sayəsində Avropa Liqasına vəsiqə qazandı, turnirin əsas mərhələsində oynayacaq. Bu da onların tarixində ilkdi.
* “Kristal Pelas”ı çalışdıran Oliver Qlasner məşqçi karyerasında 2-ci titulu qazandı. O, 2021/22 mövsümündə Avropa Liqasını qazanan “Ayntraxt”ın da “sükanı arxasında” olub.
* “Kristal Pelas”ın qələbəsindən sonra İngiltərə Superkuboku uğrundakı oyunun iştirakçıları müəyyənləşdi. “Qartallar” avqustun 9-da “Uembli”də keçiriləcək oyunda çempion “Liverpul”la qarşılaşacaq.
* Qvardiola mövsüm ərzində məğlubiyyət sayına görə şəxsi antirekordunu yenilədi. Bir mövsümdə 16 məğlubiyyət ispaniyalı mütəxəssis üçün növbəti antirekorddu. Onun MS-ni qəbul edənə qədər “Barselona” ilə “Bavariya”nı çalışdırdığını da xatırladaq.
* MS 2025-ci ildə yalnız bir titul qazana bilər. “Şəhərlilər”in yalnız iyunun 15-i – iyulun 13-ü aralığında ABŞ-də keçiriləcək klublarası dünya çempionatının qalibi olmaq imkanı var. "Siti” həmin turnirin qrup mərhələsində “Vidad”, “Əl-Əyn” və “Yuventus” ilə qarşılaşacaq.

Oyundan sonra
Xosep Qvardiola, MS-nin baş məşqçisi:

“Rəqib qapısına heç cür yol tapa bilmədik. Odu ki, “Kristal Pelas”ı qələbə münasibəti ilə təbrik edirəm. Gücümüz daxilində olan hər şeyi etdik. Yetərincə qətiyyətliydik. Ancaq qol vura bilməyən komandanın qələbə qazanması mümkünsüzdü. Yaxşı oyun göstərdik, hətta ötən mövsüm bu turnirin finalında “Mançester Yunayted”lə qarşılaşmadakından da yaxşı. Bəzən futbolda belə də olur – oyunun axarına nəzarət edir, amma uduzursan”


Oliver Qlasner, “Kristal Pelas”ın baş məşqçisi:
“Qələbəyə inana bilmirəm. Hədsiz çox müdafiə olunduq. Komanda ruhu möhtəşəm idi. Hər şey səbr ilə bağlıdı. Rəqibə boş zona verəndə necə təhlükəli olduğunu təhlil etmişdik. Dözməli olduq, rəqibin hücumlar qurmasına imkan verdik, özümüz hücum üçün zamanı gözlədik. Premyer-liqada bu komandaya 2:5 uduzandan sonra necə oynamalı olduğumuzu bilirdik. Adətən, daha çox hücum edirik, ancaq bu gün səbr göstərməli, şansımızı gözləməliydik. MS dörd hücum oyunçusu ilə oynayanda müdafiə olunmaq çətinləşir. Keçid mərhələsində rəqibə problem yaratmalıydıq. Heç bir vinger müdafiə olunmağı xoşlamır. Eze əla qol vurdu. Növbəti məşq artıq ləğv olunub. Futbolçular bazar ertəsi də məşqin olmamasını istəyir. Onlara xüsusi təşəkkür düşür. Heç vaxt mənə və məşqçi korpusuma inamı itirmədilər”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

2-05-2025, 20:0

MS ardıcıl 3-cü dəfə finala vəsiqə qazandı! - ŞƏRH

Dünya futbolu

4-04-2025, 23:0

MS ardıcıl 7-ci dəfə yarımfinalda! - İCMAL

Dünya futbolu

22-03-2023, 15:0

İki ildən sonra “Kristal Pelas”a qayıtdı

Dünya futbolu

29-05-2023, 19:0

"Çelsi"nin futbolçusu "Kristal Pelas"ın hədəfində

Dünya futbolu

1-09-2024, 17:0

“Arsenal”dan “Kristal Pelas”a keçdi

Dünya futbolu

12-07-2023, 23:0

Vieyra vətənində qərar tutdu

Aktual
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
“ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
"Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
“Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
“Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
Son xəbərlər
  • Bu gün, 11:28
    Meksikadan vətəninə qayıtdı
  • Bu gün, 10:57
    “Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
  • Bu gün, 10:36
    Milli komandaya qayıtdı
  • Bu gün, 10:15
    "İnsanlar nə qədər böyük klubu mübarizədən kənarlaşdırdığımızı anlayırmı?” - ÇSKA-nın baş məşqçisi
  • Bu gün, 09:54
    "Futbolçular 120 dəqiqəlik oyuna tam hazır deyillər" - Qurban Qurbanov
  • Bu gün, 00:50
    "Zirə" və "Neftçi" dayandı, "Qarabağ" Konfrans Liqasına düşdü - YENİLƏNİB
  • Bu gün, 00:30
    Mahir oynadı, komandası KL-də mərhələ adladı
  • Dünən, 23:56
    “Oyunun axarı artıq göstərirdi ki, qol vura bilməyəcəyik” – Rəşad Sadıqov
  • Dünən, 23:20
    “Heç bir zorakılıq və qalmaqal yaşanmadı” – İnfantino mundialın təşkilatçılığını təriflədi
  • Dünən, 22:41
    “Bizim sirrimiz yox idi” – “Payde”nin baş məşqçisi
  • Dünən, 22:04
    Holann və Yamalın dəyəri rekord həddə çatdı - Vozinya, nəhayət, özünə klub tapdı
  • Dünən, 21:31
    "Sumqayıt" "Şamaxı"ya qalib gəldi
  • Dünən, 21:08
    ÇSKA - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 20:43
    "Xankəndi" ev oyunlarını Xankəndidə keçirəcək
  • Dünən, 20:20
    Yeni mövsümün startını buraxacaq
  • Dünən, 19:59
    "Dinamo-Minsk" - "Neftçi": START HEYƏTLƏRİ
  • Dünən, 19:28
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 18:57
    "Zirə" - "Payde": START HEYƏTLƏRİ
  • Dünən, 18:26
    Per Mertezakerin yeni iş yeri məlum oldu
  • Dünən, 17:55
    Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
  • Dünən, 17:24
    Messi oyundaşlarına hədiyyə paylayıb
  • Dünən, 16:53
    "Sabah" - "Orhus" oyununun hakimləri açıqlandı
  • Dünən, 16:22
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 15:51
    İFF-dəki fəaliyyətini dayandırdı
  • Dünən, 15:36
    Finalı idarə etdi, “daha bəsdi” dedi
  • Dünən, 15:05
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 13:56
    “ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
  • Dünən, 13:25
    Parisdən Madridə yollandı
  • Dünən, 12:54
    "Sabah"ın "Orhus"a qarşı səfər oyununun vaxtı
  • Dünən, 12:23
    Gözlənilən təyinat açıqlandı
  • Dünən, 11:52
    "Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
  • Dünən, 11:31
    Milli komandanı tərk etdi
  • Dünən, 11:00
    "Şamaxı"nın sabiq futbolçusu "Kəpəz"də
  • Dünən, 10:31
    “Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
  • Dünən, 10:10
    5 güləşçimiz U-17 dünya çempionatında mübarizəyə başlayır
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 215
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 119
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Oxunub: 118
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə