“Xankəndi” tarixində ilk oyununu keçirdi

29.09.2024 22:58 267
Ölkə futbolu
Yeni yaradılmış "Xankəndi" ilk yoxlama matçına çıxıb

“Football-plus.az” xəbər verir ki, komanda 21.00-da "ASK Arena"da AFFA Region Liqasının digər iştirakçısı "Çinar" (Zəngilan) ilə qarşılaşıb.

Görüş Qarabağ təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Anar Babayev, Əziz Hüseynov və Samur-Xan Aslaxanov vurub.

Qeyd edək ki, bu, "Xankəndi"nin tarixində ilk futbol matçı olub.