"Sabah" Gənclər Liqasında mübarizəni dayandırdı

6.11.2024 22:14 295
Ölkə futbolu
"Sabah"ın 19 yaşadək futbolçulardan ibarət komandası bu gün Gənclər Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununa çıxıb.

“Football-plus.az” xəbər verir ki, Adino Mustedanaqiçin komandası Bakıda "Bazel"lə qarşılaşıb.

Görüş İsveçrə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, Bakı klubunun U-19 komandası UEFA Gənclər Liqasında mübarizəni dayandırıb.

Qeyd edək ki, komandalar arasındakı ilk matçda "Bazel" 6:0 hesablı qələbə qazanıb.

6 noyabr

18.00.“Sabah” (Azərbaycan) – “Bazel” (İsveçrə) - 1:2

Baş hakim: Rustam Omarov (Qazaxıstan)

Baş hakimin köməkçiləri: Aleksey Dolqix, Dmitri Beloqradov

ASCO Arena