Əvvəlki klubuna qayıda bilər

20.05.2025 21:26 9
Dünya futbolu
Françesko Farioli “Ayaks”ın baş məşqçi vəzifəsini tərk edib.

Niderland klubunun mətbuat xidmətinin məlumatına görə, italyan mütəxəssisin belə qərar verməsinə səbəb komandanın ölkə çempionu ola bilməməsidi. Tərəflər müddəti 2027-ci ilin yayına qədər olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriblər. Farioli bu vəzifədə ötən ilin mayından çalışırdı.
Son xəbərlərə görə, “Ayaks” sabiq çalışdırıcısı Erik ten Haqı geri qaytarmağı planlaşdırır.

Qeyd edək ki, Ten Haq komandanı 2017-22-ci illərdə çalışdırıb. Komanda onun rəhbərliyi altında ikisi Niderland çempionluğu olmaqla 6 kubok qazanıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul