Vüsal İsgəndərlinin formasını geydiyi “Boluspor” superliqaya vəsiqə uğrunda ilk pley-off matçına çıxıb.
"Football-plus.az" xəbər verir ki, komanda “İstanbulspor”la qarşılaşıb. Görüşdə “Boluspor” 2:1 hesab ilə qalib gəlib.
Vüsal bu matçda ehtiyat oyunçular skamyasında yer alıb və meydana çıxmayıb.
Qeyd edək ki, “Boluspor”un pley-off mərhələsinin yarımfinalındakı rəqibi “Bandırmaspor" olacaq.