Lider üçün asan gəzinti

15.05.2025 22:10 5
İdman
Futzal üzrə yüksək liqada 18 tura yekun vurulub.

"Football-plus.az" xəbər verir ki, lider növbəti qələbəsini qazanıb.

“Araz-Naxçıvan” turnir cədvəlinin orta pillələrdə qərarlaşan “Şuşa” ilə görüşdə çətinlik çəkməyib. Komanda 8:1 hesabı ilə qalib gəlib. Liderin ən yaxın izləyicisi "Neftçi" isə gərgin keçən qarşılşmada "Yasamal Bakı"dan güclü olub - 5:3.

Günün son matçında "Baku Fire" "U-19"un qapısından 9 cavabsız top keçirib.