Şahmatçımız Kubada liderlər arasında

15.05.2025 16:15 7
İdman
Kubanın Matansas şəhərində şahmat üzrə üçüncü dünya çempionu Xose Raul Kapablankanın 58-ci Memorialı davam edir.

"Football-plus.az" xəbər verir ki, azərbaycanlı qrossmeyster Azər Mirzoyev lider mövqeyini qoruyur.

O, beşinci turda birinci yeri bölüşdüyü Aleksandr Lesyej (Kanada) ilə heç-heçə oynayıb. Mirzəyev 4,5 xal toplayıb və daha üç iştirakçının yer aldığı liderlər qrupundadı.

Turnirdə 119 şahmatçı çıxış edir.