Muradlı və Səfərli liderlər sırasında - “Reykyavik Open”

14.04.2025 11:56
Ölkə futbolu
Azərbaycan şahmatçıları Məhəmməd Muradlı və Eltac Səfərli İslandiyanın paytaxtında keçirilən “Reykyavik Open” turnirində liderlər sırasındadırlar.

"Football-plus.az" xəbər verir ki, 7 turdan sonra hər iki zəka sahibi 6 xal toplayıb.

Muradlı əlavə göstəricilərdə birincidi. Son turda o, Ezra Kirki (İngiltərə), Səfərli isə yerli şahmatçı Yohan Hjaptarssonu məğlub edib.

Qeyd edək ki, turnirin liderlər qrupunda 5 şahmatçı yer alır.