“Football-plus.az” bu oyunla bağlı ətraflı bilgi almaq üçün Minifutbol Federasiyasının baş katibi Orxan Hüseynova müraciət edib:
“Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatı ərəfəsində belə oyun keçirmək qərarına gəldik. Böyük futbolda onların istedadını hamı görüb. İndi isə minifutbolda görmək imkanımız olacaq. Oyunda ölkə futbolunun əfsanələri iştirak edəcək. “Neftçi”nin 2000-ci illərdə olan əfsanəvi heyəti ilə premyer-liqada çalışan baş məşqçilər və məşqçilər üz-üzə gələcək. Oyun “İdman” TV-də canlı yayımlanacaq. Giriş ödənişsizdi. İstənilən adam oyunu izləyə bilər”.
ƏSƏD SEYİDOV






