Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Minifutbol Federasiyasının dəstəyi ilə qardaş Türkiyədə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş futbol matçı keçiriləcək.
"Football-plus.az" xəbər verir ki, oyun "Qalatasaray" Futbol Klubunun UEFA kubokunu qazanmasından düz 23 il sonra - mayın 17-si İstanbulda, Florya Metin Oktay təsislərində baş tutacaq.
Qardaşlıq görüşündə "Qalatasaray"ın əfsanəvi futbolçularından qurulmuş komanda Azərbaycan idman jurnalistlərinin milli yığması ilə üz-üzə gələcək.
AİJA-nın bu təşəbbüsü "Qalatasaray" İdman Klubu tərəfindən müsbət qarşılanıb. Bu gün klubdan AİJA-ya göndərilən məktubda türk dünyasının əbədi lideri Heydər Əliyevin 100 illiyi və "Qalatasaray"ın UEFA kubokunu qazanmasının 23 illiyi münasibətilə keçiriləcək qardaşlıq görüşünün məhz mayın 17-si baş tutacağı bildirilib.