Orxan Məmmədov: “Dünya çempionatının Bakıda keçirilməsi bizim üçün vacib məqamdı”

21.05.2024 17:30 188
İdman / Manşet
Minifutbol üzrə dünya çempionatı 2025-ci ildə Bakıda keçiriləcək

"Football-plus.az” xəbər verir ki, Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti Orxan Məmmədov 2025-ci ildə Bakıda keçiriləcək dünya çempionatının təqdimat mərasiminin açılışını edib.

O, Azərbaycanın minifutbol tarixində yeni səhifənin açıldığını söyləyib:
"Ölkəmizdə müxtəlif idman növləti üzrə dünya çempionatları keçirilib. Amma bizim kimi gənc federasiya üçün bu, böyük hadisədir. Keçmişə nəzər salsaq, 16 il əvvəl ölkəmizdə minifutbol meydançaları salmağa başladıq. Bakıda 40-a yaxın belə stadionlar var. Həmin meydançalar 150 mindən artıq idmançılara xidmət edir. Minifutbol ölkəmizdə geniş kütlə tərəfindən tanınır və sevilir".


KAMAL SƏFƏR