Baş nazir Dünya Minifutbol Federasiyasının prezidenti ilə görüşdü

9.05.2023 12:57 305
İdman
Baş nazir Əli Əsədov Dünya Minifutbol Federasiyasının (WMF) prezidenti Filip Juda ilə görüşüb.

"Football-plus.az" xəbər verir ki, bu barədə Azərbaycan Minifutbol Federasiyası (AMF) məlumat yayıb.

Qeyd olunub ki, görüşdə gənclər və idman naziri Fərid Qayıbov, AMF-nin fəxri-prezidenti Orxan Məmmədov da iştirak ediblər.

Söhbət zamanı Bakıda keçirilmiş Beynəlxalq Minifutbol Turniri, eləcə də, Azərbaycanda bu idman növünün inkişafı müzakirə edilib.